Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hökuəti və prezident Pyotr Poroşenkoya qarşı gəlmək üçün Almaniya kansleri Anqela Merkeldən və Avropa Birliyindən yardım istəyib.
Arannews- FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə o, çərşənbə axşamı günü Bild tabloidinə müsahibəsində bildirib«Avropa Birliyi və kansler Anqela Merkel heç nə fikirləşməsə, Ukrayna dağılacaq», deyə o, vurğulayıb,.
«Poroşenko ölkəni məhv edir, korrupsiya ilə mübarizə apardığım üçün məni meydandan götürmək istəyir», - deyə o, əlavə edib.
Saakaşvili onu zorla tutaraq özəl təyyarə ilə Polşaya göndərilməsinə də toxunub: «Bu aksiyanın dalında Ukraynanın rüşvətxor prezidenti durur».
O, həmçinin Ukraynaya qayıtmaq istədiyini deyib.