ABŞ qondarma baş nazir qatil Benyamin Netanyahu ilə bağlı araşdırmanı israilin daxili işi hesab edir.
Arannews-Bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Noyert Netanyahu haqqında cinayət işinin başlanması qalmaqalına münasibət bildirərkən deyib.“Mənim deyə biləcəyim budur – ABŞ təkcə Baş nazir beynamin netanyahu ilə deyil, İsrail hökuməti ilə sıx əlaqələrə malikdir. Biz, əlbəttə, baş verənlərdən xəbərdarıq, ancaq hesab edirik ki, bu, israilin daxili işidir”, - Noyert brifinqdə bəyan edib.
Xatırladaq ki, işğalçı İsrail polisi qatil Benyamin Netanyahuya qarşı haqqında korrupsiya, dələduzluq və etibardan sui-istifadə ittihamını irəli sürmək üçün kifayət qədər material toplandığını elan edib. Materiallar iki cinayət işinin istintaqı çərçivəsində toplanıb.