Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Arannews-FaktXəbər-in verdiyi məlumatına görə, jurnalistlər üçün qapalı olan görüş Bakı vaxtı ilə 20.40-da başlayıb.
Həçinin 16 fevral tarixində Reks Tillersonun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü də nəzərdə tutulub.
Görüşlərdə ABŞ-ın Suriyada PYD/PKK terrorçularına göstərdiyi dəstək, Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər və gündəmdə olan digər məsələlərin müzakirə olunacağı bildirilmişdi.