Tarix : 2018 Feb 16
Kod 54405

Zəruri hallarda hicab əvəzinə süni saçlardan istifadə etmək nə dərəcədə düzgündür

Allah Təalanın insan üçün vacib (qəti) buyurduğu məsələlər vardır ki, bunlardan biri də bədənin örülməsi məsələsidir, xüsusən qadınlarda.

arannews-İslam şəriətinə qadınlarda görə əl və üz kimi öz-özünə görünən yerlərdən başqa bütün bədən üzvləri örtülü olmalıdır. Yalnız üzün və əllərin örtülməməsi icazəlidir. Bu, Allahın insanlara vacib hökmüdür!
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (boyun, boğaz, qol) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər. (Nur-31)
Bəzi cəmiyyətlərdə hicabla bağlı maneələrə rast gəlininr. Bu kimi halları xüsusən bəzi təhsil ocaqlarında, iş yerlərində, sənədlər üçün şəkil çəkdirildikdə və sair müşahidə etmək olur. Təəssüf ki, dinsiz və materialis dünyagörüşlü müəssisə rəhbərləri humaniz, torelatlıq, insan haqları və bu kimi baxışlara sahib olduqlarını iddia etmələrinə baxmayaraq hicaba menə yaradırlar.
Sual 1
Bu kimi maneələr və ya səhətlə bağlı müəyyən maneələr olduğu halda hicab əvəzinə süni saçlardan istifadə etmək olarmı (bu şərtlə ki, boyun boğaz görükəmsin)?
Cavab:
Bütün İslam alimləri süni saçları da təbii saçlar kimi zinət hesab etmişlər və örtülməsini vacib bilmişlər.
Lakin bəzi zəruri hallarda, məcbur olduğu hallarda süni saçların örtülməməsinə də icazə verilir. Baxmayaraq süni saçlar özü də bir örtükdür, lakin cazibə və təbii saçlara oxşarlıq xüsusiyyətləri olduğu üçün örtülməlidir. (Ayətullah Məkarim və Mehdi Tehrani)
Süni saçlar da təbi saçlar kimidir, gərək örtülsün. (Ayətullah Sistani)
Sual 2:
Adi hallarda və namaz halında bu kimi saçlardan istifadə edilərsə onların da təbii saçlar kimi örtülməsi vacibdirmi?
Cavab:
Əgər süni saçlar camaat nəzərində öz saçı hesab olunursa namazda örtmək zəruridir, vacibdir. Həmçinin namazdan qeyri hallarda da naməhrəm qarşısında örtülməsi vacibdir.
(Ayətullah Xamenei və Məkarim Şirazi)

  • Yazılıb
  • da (də) 2018 Feb 16
  • Göndərən مدير سايت Aran News