Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 18 fələstinlini nəzarətə götürdüyü bildirilib. Bu barədə Fələstin İnformasiya Mərkəzi məlumat verib.
Arannews-Məlumata görə, İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrində dünən gecə ilə bu səhər keçirilən əməliyyatlarda 18 fələstinli saxlanılıb. Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail işğal qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var.