Tarix : 2018 Feb 17
Kod 54410

Məhkəmə AXCP sədrinin müavinini həbsdə saxladı

16 saylı cəzaçəkmə müəssisəsində hakim Ceyhun Qədimovun sədrliyi ilə AXCP sədrinin müavini Məmməd İbrahimin Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlı işinə yenidən baxılması üçün məhkəməyə etdiyi şikayətə baxılıb.
Arannews-Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat yayıb.
Turan İbrahim deyib ki, atasının şikayəti rədd edilib və haqqındakı qərar qüvvədə saxlanılıb.
2017-ci ildə CM-ə edilən düzəlişlər cəzanın yüngülləşdirilməsinə səbəb olub. Hazırda bu maddə üzrə cəzanın yuxarı həddi 4 ildir. Maddə üzrə cəzanın yumşaldılmasını nəzərə alaraq, M.İbrahim ona təyin edilən cəzaya yenidən baxılmasını xahiş edir.
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da AXCP-nin keçmiş üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Sonradan bu maddə 221.2.2-ci maddəyə (silah tətbiq etməklə xuliqanlıq törətmək) tövsif edilib.
Martın 15-də Nərimanov məhkəməsi M.İbrahimi təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.
M.İbrahim cəzasının 1/3 və ½ hissəsini çəkməsilə əlaqədar cəzanın yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi üçün məhkəməyə müraciət edib. Ancaq bu müraciətlər təmin edilməyib.
Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.
meydan.tv
  • Yazılıb
  • da (də) 2018 Feb 17
  • Göndərən مدير سايت Aran News