Tarix : 2018 Feb 17
Kod 54417

Azərbaycanı İrandan qoparan Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür

“Türkmənçay müqaviləsi”nin imzalanması ilə İranın Qafqazdakı 17 iri şəhərinin Rusiya tərəfindən işğal edilərək öz ərazilərinə qatılması prosesi başa çatıb
Arannews-“Truth NGO” xəbər verir ki, bu gün İranın və hazırki Azərbaycan Respublikasının taleyində həlledici təsirləri olan təslimçi Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür. Sözü gedən müqavilə hazırki Azərbaycan Respublikası torpaqlarının öz tarixi Vətənindən, yəni İrandan qoparılaraq Rusiyaya qatılması ilə nəticələndi.
İranın Qafqazdakı 17 iri şəhərinin Rusiya tərəfindən işğal edilərək öz ərazilərinə qatılması ilə nəticələnmiş bu müqavilənin imzalanması ilə iki il davam edən II Rusiya-İran müharibəsi də başa çatdı.
Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində qalib tərəf kimi – Rusiya tərəfindən İvan Paskeviç, məğlub tərəf kimi isə – İran tərəfindən İran şahı Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən Araz çayından şimaldakı İran torpaqları Rusiyanın tərkibinə qatılır, İrəvan və Naxçıvan da Rusiyaya verilirdi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 milyon tümən təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verilirdi.
1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə hazırki Azərbaycan Respublikası torpaqlarının öz tarixi Vətənindən, yəni İrandan qoparılaraq Rusiyaya birləşdirilməsi prosesi də rəsmən başa çatdı. Məhz bu müqavilədən sonra ermənilərin Rusiya dövləti tərəfindən kütləvi şəkildə indiki Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni hazırki Azərbaycan Rüepublikası ərazilərinə köçürülüb.
Təəssüf ki, Azərbaycan Respublikasının tarix və dərslik kitablarında təslimçi Gülüstan və Türmənçay müqavilələri barəsində saxtalaşdırılmış – heç bir tarixi fakta və məntiqə sığıamayn məlumatlar dərc edilərək, bu müqavilələr nəticəsində güya İran və Rusianın “Azərbaycan adlı dövləti” ikiyə bölməsi kimi yalanlar təbliğ edilir. Halbuki, o dövrdə Azərbaycan adlı dövlət yox idi. Bu səbəbdən də olmayan dövlətin ikiyə bölünməsi məsələsi də absurddur.
Fakt isə odur ki, 1828-ci ilə qədər hazırki Azərbaycan Respublikasının yerləşdiyi ərazilər İran dövlətinin tarixi torpaqları olmuş, ordakı xanlıqlar mərkəzi hakimiyyət kimi İrana tabe olmuş, İran dövlətinin pul vahidi olan tüməndən istifadə etmiş və bütün tarixi sənədləri İranın rəsmi dili olan fars dilində qeyd olunaraq altında İran şahlarının möhür və imzaları qeyd olunmuşdur.

  • Yazılıb
  • da (də) 2018 Feb 17
  • Göndərən مدير سايت Aran News