Xəbər Lenti

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Gürcüstanın sosial müdafiə naziri istefa verib

Ombudsman Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib

Misirin keçmiş prezidenti Morsi vəfat edib

Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi - Nazir

Ərdoğandan Makrona sərt reaksiya: Sən kimsən ki

Suriyanın XİN rəhbəri Çinə rəsmi səfərə gedib

Gürcüstandan sığınacaq istəyən və dünən həbs olunan azərbaycanlı fəal ekstradisiya olunacaqmı

Ermənilər Qarabağda təlimlərə başladılar

Bakıda İranın iştirakı ilə Ümumdünya Turizm Təşkilatının İcra Şurasının iclası başlanıb

Yəmən Səudiyyənin iki hava limanına hücum edib

"ABŞ səfiri Tbilisini qarışdırır" - Gürcü Pravoslav Kilsəsindən iddia

Yaxınları məhbusun öldüyünü iddia edir

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Türkiyə Ordusu 77 PKK terrorçusunu məhv edib

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətindən 27 il ötür

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Arxiv Print RSS
 
Tarix : 2018 Feb 17     |     Kod : 54418

Adına əməl olunmayan illər...

Əziz Azərbaycan xalqı, dəyərli dostlar. Hamıya məlumdur ki, keçən 2017-ci il “İslam Həmrəylik İli” elan olunsa da, dinlə yox, şeytanla həmrəylik edildi. Keçirilən tədbirlər insanların yalnız öz eyib və çirkinliklərini müvəqqəti gizlədib.

Arannews-Ötən bir il ərzində ölkədə 2 qədim məscid söküldü, islama zülm, islamçılara işgəncə verildi.
Axı necə islama və islamçılara hörmət və qayğı ili adlandırmaq olardı ki, 7-10 il bundan öncə şərlənərək həbs olunan onlarla dindardan heç 5 nəfəri azad olunmadı?
Keçən 1 il (365 gün) içində yalnız bunun şahidi olduq ki, kütləvi şəkildə şərlənərək həbs olunan islamçılar ən ağır hökmlə cəzalandırıldılar. Hakimiyyət xalqa, islam dininə rəğbət və bağlılığını göstərməyə çalışır, halbuki, onların dini işgəncə və haram bulaşmış 10 milyon insanın haqqı olan milyardlardır.
Bu gün babalarımızın 100 il öncə qurduğu Demokratik Cümhuriyyətin sevincini yaşayıb, qürurla fəxr edirik. O parlaq şəxslər, o kişilər müsəlman birliyini, islamçıları dəyərləndirən ziyalılar idi. Həmin qurucu insanlar Allaha iman və inamla sığınaraq mübarizə aparıb xalqa və Azərbaycan dövlətinə hürriyyət qazandırdılar. Şərqdə ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətini qurdular. İnsanların haqqını qoruyub, hər kəsə söz azadlığı verən bu cümhuriyyət 3 rəngli bayraqla dövlət kimi ayağa qalxdı, bütün dünyaya səs saldı.
Onlardan irs alanlar 1988-ci ildə xalq hərəkatını yaradaraq, şəhadətlərə rəğmən mübarizə apardılar və nəhayət, 1991-ci ildə yenidən müstəqillik elanı etdilər. 
Bu gün xalq dövlət qurubsa, milli məfkurəmizdən, parlaq insanların inancından - Əlimdar bəy Topçubaşovdan, Fətəlixan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, ümummilli öndərimiz Məmməd Əmin Rəsulzadə və silahdaşlarından örnək alıb, qələbə qazanıb.
Eşq dolu salam olsun, Azərbaycan Cümhuriyyətini, dövlətini quranlara. Salam olsun, bu gün haqqa, ədalətə bağlı olan azad insanlara.
İndiki hakimiyyət özünü 1918-ci ildə qurulmuş dövlətin varisi adlandırsa da, əslində avtoritar -totalitar siyasi quruluşu ilə Məmməd Əmin Rəsulzadə və silahdaşlarının hər birinə xəyanət etdi. Çox təəssüf ki, bu gün hakimiyyət xalqına qarşı zorakı mübarizə aparır. Azadlıqdan danışan dillər susdurulub, cəzalandırılır. Haqqı yazan əllər qandallanıb həbs edilir.
Söz azadlığını boğan, seçki saxtakarlığına yol verən, qanunsuzluqlar edən, insanlarla zorla, işgəncələrlə danışan, insan haqlarını tanımayan, xalqının dininə, milli tarixinə sayqısızlıq edən, dəyişməyə çalışan, mental dəyərləri unutduran, xalqın rifahından çox öz maddi imkanlarını fikirləşən, büdcədən oğurluq edən, siyasi məhbusu olan rejim demokratik AXC-nin varisi ola bilməz.
“Xalq Cümhuriyyətini quranların davamçısı, varisləriyik” - demək xalqa və keçmişimizə xəyanət, xələl gətirməkdən başqa bir şey deyil. Xalqın qurduğu dövlət indi onun əlindən alınıb, bir dəstənin əyləncə yerinə çevrilib. Bu gün xalq hakimiyyətin əsarətində, qorxu içində yaşayır. Həmin cümhuriyyətin davamçıları isə bu gün qorxmadan meydanlara yığışan, zindanlarda həbs olunanlardı.
Qobustan həbsxanası.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.


Yazılıb da (də)   2018 Feb 17  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');