Kəleybər və Hurand əhalisinin İslami Şura Məclisində nümayəndəsi Təbriz-Bakı magistral yolu barədə məsələnin izlənməsinə işarə edərək deyib: “Bu magistral yolun yeni müşavirinin kimliyi gələn həftə bilinəcək.”
AranNews-in “İRNA”-ya istinadla verdiyi məlumata görə, Kəleybər və Hurand əhalisinin İslami Şura Məclisində nümayəndəsi Quliallah Qulizadə yol və şəhərsalma nazirinin Təbriz-Bakı magistral yolunun salınması əməliyyatının yenidən başlanması barədə müsbət və xüsusi nəzərinə işarə edərək deyib: “Bu layihə dayandırılmışdı. Amma yol nazirliyi vasitəsilə həyata keçirilən izləmələrlə bu işin yenidən başlanması üçün yeni müşavirin təyin edilməsi nəzərdə tutuldu.”
İslami Şurası Məclisinin nümayəndəsi əlavə edib: “Əvvəlki müşavirin işində gecikmələr olduğu üçün bu layihə ondan alınmışdır və yeni müşavirə tapşırılacaq.”
Qeyd edək ki, Təbriz-Bakı magistral yolu İran və Azərbaycan arasında müştərək yoldur. Bu yol Şərqi Azərbaycanın paytaxtı Təbrizdən başlayır; Əhər, Germi və Biləsuvardan keçərək Azərbaycan Respublikasına daxil olur və Bakıya qədər gedir. Sözügedən yolun çəkilişi ilə İran Qafqaz və Rusiyaya birləşir.