Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anakarada rəsmi səfərdə olan ABŞ Dövlət katibi Reks Tillersonla danışıqlar zamanı Suriya və İraqla bağlı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb.
Arannews-Hədəf14.az xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı regional problemlər, terrorçuluqla mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Bununla bağlı Türkiyə Prezident Administrasiyasından olan mənbə məlumat verib.
Ərdoğanın Türkiyənin gözləntiləri dedikdə nəzərdə tutduqları belə göstərilib:
1. Terror təşkilatı siyahısında olan PKK-ya silah və maliyyə yardımı dayandırın.
2. Türkiyə təhlükəsizliyi üçün bütün addımları atacaq.
3. Səbrimizi yoxlamaq nə sizə, nə də digər müttəfiqlərə xeyir deyil.
4. Bölgədə sabitlik üçün ən uyğun müttəfiq Türkiyədir. Başqasını axtarmayın.
5. Bölgədəki təhlükəsizliyin bərpası üçün terror təşkilatlarından uzaq bütün təkliflərə açığıq.
6. Türkiyə qapalı embarqonu müttəfiqliyin pozulması hesab edir.
Qeyd edək ki, görüş 3 saat 15 dəqiqə davam edib.