Tarix : 2018 Feb 18
Kod 54426

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

Arannews-Bu barədə Oxu.Az-a Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.


  • Yazılıb
  • da (də) 2018 Feb 18
  • Göndərən مدير سايت Aran News