Tarix : 2018 Feb 18
Kod 54427

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

  Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

  Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

  • Yazılıb
  • da (də) 2018 Feb 18
  • Göndərən مدير سايت Aran News