Tarix : 2018 Feb 18
Kod 54431

Yəmən ordusu Səudiyyənin bir neçə hərbi bazasını raketlərlə vurdu

Yəmən ordusu və Ənsarullah hərəkatının raket briqadasının Səudiyyə rejiminin Nəcran və Asir bölgəsindəki hərbi bazalarını inkişaf etdirilmiş Qrad raketləri ilə vurması nəticəsində onlarla səudiyyəli əsgərin öldüyü və yaralandığı bildirilib.Əl-Məsirə
arannews-Yəmən ordusunun artilleriya birliyi də Nəcranın Əş-Şərəf, Əs-Sodays bölgələrində yerləşən hərbi mövqelərini hədəfə alaraq məhv etməyə nail olublar.

Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminin Cizan əyalətinin Al-Arida hərbi bazasını da Qrad raketləri ilə vurub. Bu hücumda isə ölən və yaralananlar barədə məlumat verilməyib.

Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələrinin Yəmənin Lahic bölgəsindəki Səudiyyə rejiminin muzdlu qüvvələrinin mövqelərini Zilzal-2 raketləri ilə vurması nəticəsində 43 muzdlu əsgərin öldüyü, xeyli sayda muzdlu döyüşçünün isə yaralandığı qeyd olunub.

Yəmən ordusu, həmçinin Səudiyyə rejiminin Asir bölgəsində yerləşən Misya hərbi bazasını hədəfə alaraq, Səudiyyə rejiminin əsgərlərindən bir qrupunu öldürüb və yaralayıb.

Fevralın 16-sı Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı koalisiyaya məxsus döyüş təyyarələri Yəmənin Taiz şəhərindəki bir bölgəni bombalayıb. Hücumda aralarında uşaqların da olduğu ən azı 6 dinc vətəndaşın həlak olduğu qeyd olunub. Ancaq bəzi məlumatlara görə, ölənlərin sayı qeyd olunandan daha çoxdur və hücumda həlak olanlara dair dəqiq bir rəqəm hələ açıqlanmayıb.


  • Yazılıb
  • da (də) 2018 Feb 18
  • Göndərən مدير سايت Aran News