Arannews-Azərbaycan Ziyalılar Birliyinin ofisində inanclı kəsimlərin hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirib. Tədbirdə bir çox ictimai-siyasi xadimlər, həmçinin siyasi məhbusların ailələri toplanıb.
Eldəniz Quliyev bildirib ki, bu yaxınlarda AİP sədri Hacı Mövsüm Səmədovla görüşüb: «İnsan Allahla olanda onda daxili harmoniya olur və onlar bu daxili harmoniya ilə yaşadıqları üçün məhrumiyyətlər gözlərinə görünmür. Onda gördüyüm daxili mübarizə əzmi məni yaxşı mənada təəccübləndirdi. O, hamıya salam dedi. Ölkədə baş verən sosial, ictimai, psixoloji hadisələrdən tam xəbərdardır və mütəmadi olaraq informasiya alır.»
Ziyalıların Birliyinin sədri bura toplanma səbəbini də açıqladı: «Əgər həbs olunan 160-dan artıq siyası məhbusun 100-ü dindar qardaşlarımız, inanclı kəsimin nümayəndələridirsə, deməli nəsə eləmək lazımdır. Bunu müzakirə etmək üçün bura toplaşmışıq».
Tədbirdə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli siyasi məhbusların əslində siyahıdakından qat-qat artıq olduğunu bildirdi: «Azərbaycanda saxta ittihamlarla, şərlə, sifarişlə həbs olunan insanlar var. Məsələ bundan ibarətdir ki, əgər ölkədə hüquq nonsesdirsə, hüquqi müstəvisi yoxdursa, mən ədaləti hansı formada bərpa etməliyəm necə təmin edə bilərəm. Burada saxta iftiralarla siyasi məhbus həyatı yaşayan az adam yoxdur. Bu ölkədə istənilən şəxsə istənilən maddəylə cinayət işi açıla bilər. İslam həmrəyliyi olan ölkədə inanclılara 500 ildən artıq iş verilir. Ruhani namaz qıldığına görə cəza alır. Əgər məhkəmə sistemi hüquqa yox, sifarişə söykənirsə, bu vətəndaş hansı formada həll eləməlidir»