Arannews-İslamazeri.com "Leader.ir" portalına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bazar günü səhər Təbrizin dindar və inqilabçı əhalisinin minlərlə nümayəndəsini qəbul edib.Çıxışının əvvəlində bu görüşün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf etdiyini vurğulayan Ayətullah Xamenei şiə və sünni olmasından asılı olmayaraq bütün müsəlmanlara görə Cənnət qadınlarının ən üstünü hesab edilən bu böyük xanımın uca məqam sahibi olduğunu dedi: “Hər iki dünya xanımının bütün müsəlmanlara verdiyi dərs şücaət, fədakarlıq, elm və mərifət dərsidir”.
İslam İnqilabının Rəhbəri daha sonra “Düşmənlərin İran xalqı ilə düşmənçilik etməsinin səbəbi bu həqiqətdir. Amerikalıların düşmənçiliyi şəxsən mənim özüm və ya bir neçə dövlət rəsmisi ilə deyil. Onları qəzəbləndirən və özlərindən çıxaran İran xalqının gördüyü işlərdir”, -deyə əlavə edib.
Ayətullah Xamenei ədalət sahəsindəki geriliyə görə Allahdan və xalqdan üzr istənilməsinin zəruriliyini vurğulayaraq sözlərini belə davam edib: “İnşallah, dövlət rəsmiləri, işbilən və mömin kişi və qadınların səyi ilə bu sahədə də inkişaf edəcəyik”.
Ayətullah Xameneinin çıxışının ikinci hissəsində bildirib ki, bütün inqilabların ən böyük bəlası irticadır. İrticanın mənası zəifləmək, durğunluq və əvvəlki vəziyyətə qayıdışdır: “Dünyanın demək olar ki, bütün məşhur inqilabları çox keçməmiş bu bəlaya düçar olmuşdur”. İslam İnqilabının Rəhbəri vurğuladı ki, son qırx il ərzində İnqilabın əsas şüarlarının möhkəmlənməsi və davam etməsinin analoqu yoxdur: “İnqilab üçün zərərli olan müəyyən təhlükələr vardır”. O, aristokratik həyat tərzi istiqamətində hərəkət, zəif və imkansız təbəqələrə diqqət və qayğı göstərmək əvəzinə varlı təbəqələrə rəğbət bəsləmək, xalqa güvənmək əvəzinə xaricilərə arxalanmağın irtica hərəkətinin nümunələrindən olduğunu bildirib: “Cəmiyyətin ziyalı təbəqəsi fikirlərini toplasınlar, ölkə adminstrasiyası diqqətli olsun, xalq da biz rəhbər və idarəçilərin davranışlarını diqqətlə nəzarətdə saxlasınlar ki, ölkədə bu cür irticaçı hərəkətlər baş verməsin”.
Ayətullah Xamenei qeyd etdi ki, əvvəllər inqilabçı olub sonradan İnqilab yolundan çıxmış insanların vəzifə başında olması irtica deməkdir: “İnqilab ona görə olmayıb ki, bir dəstə getsin və yerinə biz gələk. İnqilabın mənası dəyişmək, yolu əvəz edib yüksək məqsədlərə doğru istiqamət götürməkdir. Əgər bu məqsədlər unudulsa, inqilabın heç bir mənası olmaz”.
Ayətullah Xamenei “inqilabçı”lığı mənfi mənaya yozan insanları tənqid edərək “Ölkənin idarə sistemi və konstitusiya prinsiplərinə hörmət edilməlidir. İnqilabın dövlət olmadan realşacağının mümkünlüyü təsəvvür olunmazdır. Bəziləri səhvə yol verərək deyirlər ki, İnqilab adı altında hər şeyi, bütün hadisələri və İslam dövlətinin bəzi sahələrini tənqid etmək və etiraz bildirmək lazımdır, çünki inqilabın mənası budur ki, İslam dövləti dini demokratik, inqilab məqsədli və strategiyalı ümmət və imamət sistemi olmalıdır”, -deyə əlavə edib.
Ayətullah Xamenei çıxışının bu hissəsini bu mühüm və təyinedici cümlələrlə yekunlaşdırıb: “Məmurların aristokratik həyat tərzi və imtiyazlı olmaq tələbi, beytül-mal məsələsində ehtiyatsızlıq, zəif və yoxsul təbəqələrə diqqət və qayğının olmaması anti-inqilabçı hərəkətlərdir, dövlətin bütün strukturları İnqilabın məqsədlərinə doğru bu baxışla hərəkət etməlidirlər”.
Ayətullah Xamenei müdafiə sahəsində ölkənin bu gün və sabahı üçün ehtiyac duyulan bütün üsullar, vasitələr və təchizatların davam etdirilməsi və yeniləndirilməsinin tam prioritet olduğunu bildirib: “Bütün dünyanı qarşısına almış olsa belə, ölkə, bir an da tərəddüd etmədən müdafiə sahəsində ehtiyac duyulan hər şey istiqamətində hərkət etməlidir”.
İnqilabın Rəhbəri öz silahları ilə bəşəriyyəti təhdid etdikləri halda, İranın raket imkanına qarşı çıxan düşmənləri kəskin şəkildə tənqid edərək “Bu məsələnin sizə nə aidiyyəti var? Siz istəyirsiniz ki, İranın xalqının raket və digər özünü müdafiə imkanları olmasın, siz də ona zor tətbiq edəsiniz. Təbii ki, biz atom bombası və kütləvi qırğın silahları kimi vasitələrin əldə edilməsini haram olduğunu hesab edirik. Ancaq bizə lazım olan bütün digər vasitələrə güc və qüdrətimiz sayəsində sahib olacağıq”, -deyə bildirib.
İnqilabın Rəhbəri çıxışının sonunda qeyd etdi ki, imperialist və mənfur dövlətlərin qırx illik məkrli planları və fəaliyyətlərinə baxmayaraq, İslam dövlətinin davamlılığı və möhkəmliyi onun iqtidarının ən yaxşı dəlilidir: “Düşmənlərin açıq və gilzi planları, çıxışları və təhdidlərindən xəbərimiz var. Ancaq bir an belə, tərəddüd etmədən israrla bəyan edirəm, xalqa arxalanan İslam dövləti günü-gündən güclənəcək və İmam Xomeyni buyurduğu kimi, Amerika heç nə edə bilməz”.