Daxili işlər orqanlarının son iki gündə qeydə aldığı cinayətlərin və hadisələrin sayı açıqlanıb.
Arannews-İslaminSesi.info" bildirir ki, "Report"a verilən məlumata görə, iki gün ərzində Azərbaycanda 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.