Son zamanlar İsrail Ordusu və İsrail Kəşfiyyatı fələstinlilərin fəallaşmasını etiraf etməkdədirlər
Arannews-Son zamanlar İsrail Ordusu və İsrail Kəşfiyyatı fələstinlilərin fəallaşmasını etiraf etməkdədirlər. Son günlər İsraildə hərbçilərin minaya düşməsi, bundan başqa yük maşını ilə İsrail Ordusunun hərbi maşınlarının yararasız hala salınması və bir neçə hərbçinin ölümü bunu deməyə əsas verir.Bu günlərdə isə peşakar hazırlanan sui-qəsd planının üstü təsadüf nəticəsində açılıb. Söhbət İsrailin Müdafiə naziri Aviqdor Libermana qarşı Fələstinin "İslami Cihad" hərəkatının üzvləri tərəfindən hazırlanan sui-qəsd planından gedir. İsrailin Xüsusi Xidmət orqanları fələstinli gənclərin bu cür əməliyyatlara girişmələrinin, gələcəkdə daha peşakar hücumlara rəvac verəcəyindən narahat olduqlarını gizlətmirlər.
İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail senzura mərkəzi bu xəbərin yayımlanmasına icazə verib.
Bu gün, 18 fevralda İsrailin Müdafiə naziri Aviqdor Libermana qarşı hazırlanan sui-qəsd planını hazırlayan 6 fələstinlinin həbs olunması haqda İsrail mediası məlumat dərc edib. Məlumata görə, "İslami Cihad" hərəkatının 6 üzvünün planına əsasən, Libermanın maşın kortejinin keçəcəyi yollara partlayıcı qurğular yerləşdirməsi haqqında plan hazırlayıblarmış. İsrailin xüsusi xidmət orqanı olan - ŞABAK 6 nəfər "İslami Cihad" hərəkatının üzvünü həbs edə bilib. Məlum olub ki, partlayışdan sonra fələstinlilər Quş-esionda Libermanın kortejinin intensiv atəş də, açacaqlarmış. "İslami Cihad" üzvləri partlayışlar üçün Qəzzadakı "İslami Cihad" təşkilatından dəstək də aldıqları önə çəkilir.
Saxlanılanlar arasında Beyt Lexamdən - 25 yaşlı Mahmud Avad Əl-Asakra 2015-2017-ci illər arasında Mahmud Abbas polisi tərəfindən həbs edilibmiş. Digər saxlanılan 32 yaşlı Məhəmməd Əli İbrahim Əl-Asakranın isə İsrail zindanlarında bir neçə müddət həbsdə qaldığı qeyd edilir.
"İslami Cihad" hərəkatı bununla bağlı, xəbəri nə təsdiq, nə də təkzib etməyib.