İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Həsən Ruhaniyə başsağlığı məktubu göndərib
Arannews-İslamazeri.com xəbər verir ki, İranda təyyarə qəzasının baş verməsilə 66 nəfərin ölümüylə əlaqədar Azərbaycan və Türkiyə prezidentləri İran prezidentinə başsağlığı məktubu göndəriblər.İlham Əliyevin göndərdiyi məktubdda deyilir: "Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Ərdoğan İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən olduqca kədərləndiyini bildirib.
Türkiyə prezidenti İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verərək, Türkiyənin baş verən bu faciəli qəzanın araşdırılması və axtarış-xilasetmə işlərində, ehtiyac olacağı təqdirdə yardım etməyə hazır olduğunu da qeyd edib.