Tarix : 2018 Feb 22
Kod 54466

Gürcüstan höküməti jurnalistin qaçırılma məsələsində özünü müdafiə edir

Eurasianet xəbər agentliyinin vebsaytında Girogi Lomsadze Gürcüstan hökümətinin Əfqan Muxtarlının qaçırılması ilə bağlı məsələdə özünü qorumasından və Əfqan Muxtarlının bu yaxınlarda azadlığa buraxıldığı zaman Gürcüstanın Rustavi 2 televiziya şirkətinə verdiyi müsahibəsindən yazıb.
Arannews-Lomsadze qohumlarının yas mərasimi üçün birgünlük həbsdən azadlığa buraxılan Əfqan Muxtarlının onun Gürcüstan qaçırılıb, Azərbaycana qaytarılmasının arxasında hökümətin dayandığını dediyini bildirir. Lomsadzenin sözlərinə görə isə, onun ittihamlari Tbilisidəki rəsmilərin Muxtarlını qınamasına gətirib çıxarıb.
“Bu sanksiya və mümkündür hətta baş nazir Giorgi Kvirikaşvilinin əmri ilə edilib,” deyə Muxtarlı Kvirikaşvili hökümətini tənqid edən Rustavi 2 Gürcüstan televiziya şirkətinə müsahibəsində bildirib. Muxtarlı həmçinin sabiq baş nazir milyarder Bidzina İvanişvilinin də bunda əli olduğunu vurğulayıb. “Bidzina İvanişvili Gürcüstan hökümətinin arxasındakı boz kardinaldır. Onun icazəsi olmadan, Kvirikaçvili bunu edə bilməzdi,” Muxtarlı deyib.
Muxtarlı ötən il Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstandakı biznes maraqlarını araşdırdığı bir vaxt Tbilisidə yoxa çıxmışdı. Daha sonra o, Bakıda həbs olunub və qaçaqçılıq və qanunsuz sərhəd keçmək ittihamları səbəbilə altı il müddətinə azadlıqdan məhrum edilib. Lomsadze deyir ki, Gürcüstanın böyük bir hissəsi, xüsusilə də mətbuat icması qonşu ölkənin polisinin xarici ərazidə höküməti tənqid edən jurnalisti həbs etməsindən sonra dəhşətə gəlib.
“Mən araşdırmamı bitirə bilmədim, çünki oğurlandım, amma məncə prezident Əliyevin Gürcüstandakı biznes əməkdaşı Bidzina İvanişvilidir. Fikrimcə İvanişvili mənim qaçırılmağımı Kvirikaşvili ilə müzakirə edib,” Muxtarlı müsahibdə deyib.
Əfqan Muxtarlı
Lomzadzenin bildirdiyinə görə, Rustavi2 kanalına müsahibəsindən sonra İvanişvilinin təsis etdiyi və Kvirikaşvilinin sədrlik etdiyi hakim Gürcüstan Arsuzunun qanunvericiləri Muxtarlını qınayıb.
“Bu ittihamlar tamamilə qəbuledilməz və əsassızdır. Mən hətta bununla bağlı ciddi şərh də verə bilmərəm,” deyə parlament üzvü Sofio Kiladze söyləyib. “Onun sözləri və mövqeyini nəzərə alsaq, Muxtarlının aqibəti ilə bağlı heç bir narahatlığım yoxdur,” deyə Gürcüstan Arzusunun bir digər üzvü Zviad Kvaçantiradze bildirib.
O, həmçinin Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Muxtarlının ittihamlarını “cəfəngiyyat” adlandırdığını bildirir.
Lomzadze deyir ki, Gürcüstan hökümətinin qaçırılma ilə bağlı istintaq aparmaması bir çox gürcünün Muxtarlının versiyasına inanmasına gətirib çıxarır. Onun dediyinə görə, Gürcüstan polisi Muxtarlının sərhədi keçdiyi gün Gürcüstan-Azərbaycan sərhədindəki təhlükəsizlik kameralarının işləmədiyinə dair iddiaları ictimaiyyətin skeptisizmini artırıb.
Lomsadze deyir ki, bu məsələ ilə bağlı müzakirələr davam etdiyi bir vaxt, Muxtarlının ötən həftə həbsxandan qısa müddətliyinə azadlığıa buraxılması gürcüstanlı müxbirlərə ondan Tbilisidən qaçırılması ilə bağlı müsahibə almalarına imkan yaradıb. Onun verdiyi məlumata əsasən, turist kimi ölkəyə daxil olan Rustavi2 müxbirləri Muxtarlının bacısı, bacısı qızı və qardaşı oğlunun yas mərasimlərinin baş tutduğu Gürcüstanla sərhəddə yerləşən Aşağı Tala kəndinə gedib. Orada Muxtarlı polislərdən gizli müxbirlərə müsahibə verib. Həmin müsahibə isə telefon kamerası ilə lentə alınıb.
“Mən evə 100-150 metr yazın bir yerdə idim və üç kişi mənə arxadan hücum etdi. Onlar Gürcüstanın xüsusi polis formalarını geyinmişdilər,” deyə Muxtarlı ötən il Tbilisidə baş verən hücumu təsvir edərkən söyləyib. O, döyüldüyünü, gözlərinin bağlandığını və maşınla şəhərdən çıxarılıb, meşəlik əraziyə aparıldığını bildirib.
Gürcü milyarder Bidzina İvanişvili
“Mən onlara məni bıçaqla öldürməmələri, onun yerinə silahdan istifadə etmələri və həyat yoldaşıma heç vaxt Azərbaycana geri dönməməsini demələri üçün yalvardım… amma onlar mənim heç bir zərər görməyəcəyimi dedi,” o söyləyib. Daha sonra o isə iki ayrı maşında daha da uzun məsafə yol aparıldığını və sonunda Azərbaycan sərhədinə gətirildiyini deyib.
Lomzadze deyir ki, insidentdən sonra Yeni Azərbaycan partiyasının bir üzvü Muxtarlıının qaçırılıb, Azəerbaycan gətirilməsi üçün əməkdaşlıq etdiklərinə görə Gürcüstan və Azərbaycanın təhlükəsizlik xidmətlərini açıq şəkildə alqışlayıb.
Müəllif rəsmi Tbilsinin Gürcüstanın regionun ən ümidverici demokratiyası olaraq imicini qorumaq məqsədilə bu məsələ ilə əlaqəsini inkar etməyə məcbur olduğunu qeyd edir.
azadliq.info


  • Yazılıb
  • da (də) 2018 Feb 22
  • Göndərən مدير سايت Aran News