Tarix : 2018 Feb 22
Kod 54470

Azərbaycandan qanunsuz olaraq çıxmağa çalışan xarici ölkə vətəndaşları saxlanılıb

Azərbaycan Respublikası sərhəd qüvvələri 5 Özbəkistan və 1 Qırğızıstan vətəndaşını ölkə sərhədlərini qanunsuz şəkildə tərk edərək, İrana daxil olmağa çalışdığı üçün həbs edib.
Arannews-İRİB-nin verdiyi məlumata görə, Azərbaycan sərhədçiləri Özbəkistan vətəndaşı olan 4 qadını və onları müşayiət edən bir Azərbaycan vətəndaşını Füzuli rayonu ərazisindən qanunsuz olaraq İrana keçməyə cəhd göstərdikləri üçün həbs edib.
Yardımlı rayonu ərazisində həyata keçirilən bir başqa əməliyyat zamanı da Azərbaycan sərhədçiləri biri Özbəkistan, digəri isə Qırğızıstan vətəndaşı olan iki qadını qanunsuz olaraq sərhədi keçməyə cəhd göstərdikləri üçün həbs edib.

  • Yazılıb
  • da (də) 2018 Feb 22
  • Göndərən مدير سايت Aran News