Tarix : 2018 Feb 22
Kod 54471

Yəmən raketi Ərəbistan təcavüzkarlarının canını aldı

Ötən axşam Yəmən Ənsarullah qüvvələrinin Ərəbistanın cənubunda yerləşən hərbi bazalarına raket və artilleriya hücumu nəticəsində onlarla ərəbistanlı təcavüzkar ölüb və yaralanıb.
Arannews-Yəmən hərbi qaynaqlarının verdiyi xəbərlərə görə, Yəmən hərbi qüvvələri Ərəbistanın Əl-Şəbəkə və Əl-Şurfə yüksəkliklərindəki hərbi bazalarına mərmi və ağır artilleriya hücumu edib. Bu hücumun ardınca çoxlu sayda təcavüzkar ölüb və yaralanıb, bazalardakı hərbi texnika və silahlara ağır zərbələr dəyib.
  • Yazılıb
  • da (də) 2018 Feb 22
  • Göndərən مدير سايت Aran News