Tarix : 2018 Feb 22
Kod 54472

Suriya kürdləri, Dəməşq və Rusiya nümayəndələri arasında üçtərəfli görüş

Afrində baş verən hadisələri araşdırmaq məqsədilə Kürd Xalq Özünü Müdafiə Birlikləri (YPG), Suriya dövlət qüvvələri və Rusiya ordusu arasında üçtərəfli görüş keçirilib.
Arannews-Eyni zamanda Menbiçlə bağlı məsələləri araşdırmaq üçün Amerika və Türkiyənin ordu komandirləri arasında da ikitərəfli görüş baş tutub.
Afrinlə bağlı keçirilən üçtərəfli görüşdə YPG-nin komandiri Sepan Hamo, Suriya dövlət təhlükəsizlik qüvvələrinin rəisi Malik Ülya və Rusiyanın Sülh Mərkəzinin komandiri iştirak edib. Hələb şəhərində baş tutmuş bu görüşdə kürdlər Dəməşq dövləti ilə əldə edilmiş 3 maddədən ibarət razılaşmanı təqdim ediblər.
Razılaşmanın maddələrindən biri də Türkiyənin Afrinə qarşı başladığı “Zeytun budağı” əməliyyatı ilə qarşılaşmaq, Türkiyə və onun terrorçu müttəfiqlərinin nəzarətində olan Suriya torpaqlarını azad etmək üçün Suriya ordusu və Kürd Xalq Özünü Müdafiə Birlikləri arasında hərbi əməkdaşlıqdır.
Kürdlər və Suriya dövləti arasında əldə olunmuş razılaşma iki tərəf arasında son zamanlar baş tutan müzakirə və sazişlərin nəticəsidir. Suriya dövləti Afrin və kürdlərin nəzarətində olan digər ərazilərin dövlətə tapşırılmasını istəyir. Kürdlər isə Suriya ordusunun geyimini geyinməyi təklif ediblər ki, onlara qarşı hər hansı hücum Suriya ordusuna hücum kimi hesab olunsun. Beləliklə, məsələ Ankara və Türkiyə arasında böhrana çevrilsin.
Görüşdə Rusiya tərəfi bildirib ki, bu məsələ ilə bağlı öz rəhbərləri tərəfindən heç bir göstəriş almayıb. Rusiya qüvvələri Zeytun budağı əməliyyatı başladıqdan sonra bu bölgədən geri çəkilib və sözügedən razılaşmanı dəstəkləməyəcək, üstəlik, bunun həyata keçirilməsini çox təhlükəli addım hesab edir.
Sepan Hamo deyib: “Türkiyə ordusu ilə qarşılaşmaq, Afrini müdafiə etmək və onun təhlükəsizliyi bərpa etmək üçün Suriya ordusunun Afrinə girməsi ilə bir problemimiz yoxdur.”
Eyni zamanda Amerika və Türkiyənin ordu nümayəndələri Menbiçlə bağlı müzakirələr aparıblar.
Əldə edilən məlumatlara görə, Amerika nümayəndəsi Türkiyə və Amerika ordu qüvvələrinin Minbecdə yerləşməsini və bu şəhərdə Kürd Özünü Müdafiə Birliklərinin rolunun azalmasını təklif edib. Lakin Türkiyə nümayəndəsi 300 nəfərdən ibarət olan YPG qüvvələrinin Menbiçdən çıxarılmasını, kürdlərlə yaradılmış şuranın ləğv edilməsini və bu şəhəri öz sahiblərinə tapşırmağı təklif edib. Bundan əlavə, Ankara Türkiyə ilə sərhəddə özünün dəstəklədiyi üsyançı qrupların yerləşməsni istəyir.


  • Yazılıb
  • da (də) 2018 Feb 22
  • Göndərən مدير سايت Aran News