Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, Bəhreyn məhkəməsi ölkənin tanınmış hüquq müdafiəçisi Nabil Rəcəbi "Twitter"-də rejimi tənqid etdiyinə görə 5 il həbs cəzasına məhkum edib. Bu barədə "Reuters" məlumat yayıb. Qeyd edək ki, Nabil Rəcəbi 2011-ci ildə Bəhreyndə keçirilən aksiyalarda xüsusi fəallıq nümayiş etdirib.
O, sosial mediada hakimiyyətin yalanları barədə ifşaedici məlumatlar paylaşır, həmçinin Bəhreyndə işgəncəyə məruz qalan siyasi məhbusları müdafiə edirdi.