Adətən, cinayətkarlar zərər vururlar. Şeyx Sərdar isə ittiham olunduğu maddənin ZƏRƏRÇƏKMİŞ tərəfidir.
Arannews-Bütün məhkəmə proseslərində hər kəsi düşündürən bir məsələ var idi; elə Şeyx Sərdarın özünü də...! “Axı o, niyə həbs edilib?! Günahı nədir?!”
Şeyx Sərdarın ittiham olunduğu maddə ölkədə anlaşılmadığı kimi, dünyanın hüquq ədəbiyyatında da anlaşılmır.
Şeyx Sərdarın cismini həbs edib azadlıqdan məhrum etsələr də, ruhu hər zaman azaddır.
Onu müqavimətli və haqsızlıqla barışmaz edən həbsinə səbəb, məhz “namaz”ıdır.
Bir ildir ki, bizimlə deyilsən. Amma bu bir il ərzində “haqqı susdurmaq olmaz” – deyimini sən tutduğun haqq yolla bir daha sübut etdin və daha on minlərin qəlbini fəth etdin.
Səni həbs etməklə “susdurmaq” istəyənlər özləri də bilmədən tarixə “Şeyx Sərdar” adını yazdılar.
Hörmətli Şeyx Sərdar, daim qürurla yüksəkliklərdə dalğalanan və əsla kölgə altda qalmayan haqqın tərəfdarısan! Haqqın qələbəsi qətidir, biz səni zindanda belə, azad hesab edirik.
Yer üzündə haqq və ədalətin bərpa edilməsi ümidilə!
Haqsız yerə həpsdə olan bütün məzlum məhbusları azadlıqda görmək ümidi ilə!
Allah hər zaman bizimlədir.
(Maide.Az)