Tarix : 2018 Feb 23
Kod 54477

`Boko Haram` terrorçuları 111 nigeriyalı şagird qızı qaçırıb

Nigeriyada "Boko Haram" terrorçularının yerli məktəblərin birinə təşkil etdiyi hücumdan sonra 111 şagird yoxa çıxıb
Arannews-FaktXəbər-in verdiyi məlumata görə, olay ölkənin şimalında yerləşən Yobe əyalətinin Dapchi bölgəsində qeydə alınıb.
Nigeriyanın informasiya naziri Lai Məhəmməd bildirib ki, ölkə başçısı Məhəmmədi Buxari hadisəni araşdırmaq üçün xarici işlər və müdafiə nazirlərini Yobe əyalətinə göndərib.
 Qeyd edək ki, "Boko Haram" terror təşkilatının 2009-cu ildən həyata keçirdiyi silahlı basqınlarda 20 mindən artıq insan öldürülüb, 2 milyon nigeriyalı isə evlərini tərk etmək məcburiyyətində qalıb.
  • Yazılıb
  • da (də) 2018 Feb 23
  • Göndərən مدير سايت Aran News