Tarix : 2018 Feb 23
Kod 54478

ABŞ-da tələbələr Ağ Ev qarşısında Trampa etiraz etdi

ABŞ-da tələbələr Ağ Ev qarşısında Trampa etiraz etdi
Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, ABŞ -da tələbələr Florida ştatının Parkland şəhərində “Marjory Stoneman Douglas” məktəbində silahlı insident baş verməsi nəticəsində 17 nəfər həyatını itirməsinə görə etiraz aksiyası keçiriblər.
 Aksiya iştirakçıları prezident Donald Trampın silah siyasətinə etiraz ediblər. Nümayişçilər Milli Silah Agentliyinə (NRA) qarşı şüarlar səsləndiriblər: "Ey NRA, bu gün neçə uşaq öldürdünüz".
Onlar, həmçinin ABŞ Konqresinin ölkənin silahlı zorakılığına qarşı mübarizədə sakitliyini tənqid ediblər.
Qeyd edək ki, 15 fevral tarixində ABŞ-ın Florida ştatının Parkland şəhərində “Marjory Stoneman Douglas” məktəbində silahlı insident baş vermişdi. Hadisə nəticəsində 17 nəfər ölmüşdü. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Feb 23
  • Göndərən مدير سايت Aran News