Tarix : 2018 Feb 25
Kod 54482

Münhendə Xoacalı aksiyası keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münhen şəhərində soydaşılarımız etiraz aksiyası keçirib.
Arannews-Diasporla İş üzrə Dövlət Komitəsindən Hədəf14.az-a verilən xəbərə görə, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov və onun müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada Azərbaycan və türk icmasının nümayəndələri iştirak edib.
Aksiyada "Xocalıya ədalət", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Biz terrora və soyqırımına yox deyirik!", "Ermənistan işğaldan və terrordan əl çək" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
Aksiyada çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verilməsini tələb etdiklərini bildiriblər. Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.
 Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə olunub.
  • Yazılıb
  • da (də) 2018 Feb 25
  • Göndərən مدير سايت Aran News