Tarix : 2018 Feb 25
Kod 54484

İsrail Fələstindən olan məhbuslara daha az yemək verəcək

İsrail Həbsxanalar İdarəsi fələstinli məhbuslara verilən yemək miqdarının azaldılacağını bildirib.
Arannews-Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatına bağlı Fələstin Əsirlər Cəmiyyətinin açıqlamasına görə, İsrail hökümətinin büdcədə 6 milyon dollar ixtisar aparması məhbuslara verilən yeməyin miqdarında da azalma ilə müşahidə ediləcək. Açıqlamada həmçinin qeyd edilib ki, əgər verilən yeməyin miqdarı azalsa, məhbuslar etiraz olaraq qidalardan imtina edəcəklər.
 Cəmiyyətin rəhbəri Usame Şahin məsələ ilə bağlı "İsrail Həbsxanalar İdarəsi illərdir fələstinli məhbuslara qida, geyim və ziyarətçi məsələlərində məhdudiyyətlər tətbiq edir. Bu, bir növ cəzalandırma siyasətidir" fikirlərini səsləndirib. 
 Qeyd edək ki, İsraildə 6500 fələstinli məhbus var. Onlardan 57-si qadın, 300-ü uşaqdır.
  • Yazılıb
  • da (də) 2018 Feb 25
  • Göndərən مدير سايت Aran News