Tarix : 2018 Feb 25
Kod 54485

Səid Həriri Ayətullah Sistani və Heydər əl-Abadiyə gizli məktub yazaraq bunu xahiş edib

Livan Baş naziri Səid Həriri İraq Baş naziri Heydər əl-Abadiyə və İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaniyə xüsusui məktub yazıb. Bu barədə Səudiyyə Ərəbistanının "Al-Watan" qəzeti məlumat yayıb.
Arannews-Məlumata əsasən, Səid Həririnin göndərdiyi iki məktubun məzmunu gizli saxlanılıb. Qəzet iddia edib ki, Səid Həriri bu məktublarda Ayətullah Sistani və Heydər əl-Abadidən "Həşd Şabi" və xalq səfərbərlik qruplarının liderlərinin Livana səfərini dayandırmasını xahiş edib. Qeyd edək ki, "Əsaibul Əhləl Həqq" hərəkatının baş katibi Qeys əl-Xəzəli və "Nücəba" hərəkatının baş katibi ötən aylarda Livana səfər edərək, İsrail rejimi ilə sərhəddə olublar.
  • Yazılıb
  • da (də) 2018 Feb 25
  • Göndərən مدير سايت Aran News