İlin hər ayının 26-sı, bir 26 fevral Xocalı soyqırımı istisna olmaqla, ölkə və ölkədən kənarda tədbir ve yıgıncaqlar təşkil edilsin
Arannews:nur-az.com-Hacı Tale Bağırzadə 26 noyabr Nardaran hadisəsi ilə bağlı koalisya yaradılması təşəbbüsü ilə çıxış edib.O qısa şəkildə koalisiyanın məqsəd və məramlarının nələrdən ibarət olacağı barədə fikirlərini yaxınlarının vasitəsi ilə bəyan edib.
Müsəlman birliyi hərəkatının rəhbərliyi “26 noyabr” koalisiyasi yaratsın və 2015-ci il noyabr hadisəsi zamani həbs olunanlarin huquqlarının mudafiə olunmasını, bu tarixdə baş verənlərin əsil mahiyyətinin daha çox ölkə və dünya ictimaiyyətinə geniş izah edilməsi işini ardıcıl və geniş şəkildə təşkil etsin.
Bu hadisə zamanı və sonra həbs olunmuş insanların ailələrinə diqqət daha da artırılsın və bu ailələrə yardımların edilməsi, onların diqqətdən kənarda qalmaması təmin edilsin.
Bu tarix, müasir dövrdə hakimiyyətin törətdiyi cinayətlərdən birincisi olan Nardaran hadisələri unudulmamalıdır. Necə ki, Azərbaycan xalqı ermənilərin 26 fevral Xocalıda törətdiyi soyqırımı unutmamışdır, eləcə də 26 noyabr tarixində YAP hakimiyyətinin Nardaranda törətdiyi cinayəti unutmamalıdır.
Bu prosesə digər təşkilatlarda təmsil olunan və sıravi insanlar da qoşula bilər. İlin hər ayının 26-sı, bir 26 fevral Xocalı soyqırımı istisna olmaqla, ölkə və ölkədən kənarda tədbir ve yıgıncaqlar təşkil edilsin, media və sosial şəbəkələrdə 26 noyabr və ondan sonra baş verənlər, məhkəmələr də daxil yenidən ictimailəşdirilsin.
Məhbus ailələri hər ayın 26-sı bir araya gəlsin, hadisənin ictimai müzakirəsini təmin etsinlər.
Bu koalisiya öz işinə hədəf və məqsədlərinə çatana qədər, 26 noyabr və ondan sonra həbs olunanlar azad olunana, Nardaran hadisələrində törədilən cinayət öz doğru qiymətini almayana, faciəni törədənlər cəzalandırılmayana qədər davam edəcəkdir.
Biz, hətta azadlıqdan məhrum edilmiş olsaq da, hərəkatın adından bəyan edirik ki, bütün bunların həyata keçməsi üçün hər şey edəcəyik