“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kino sahəsində İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsini istəyib.
Arannews-Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bazar günü İRNA-ya verdiyi müsahibədə İranın kino sahəsində ədə etdiyi uğurlara işarə edərək, deyib: İranlı kinomatoqraflar ilə əməkdaşlıq Azərbaycan üçün uğurlu bir plandır.Müşfiq Hətəmov həmçinin deyib: İran və Azərbaycanın arasındakı uğurlu əməkdaşlıqlar azərbaycanlı kinomatoqraflar üçün beynəlxalq səviyyədə münasib uğurlara malik olub və Bakı İran ilə birgə film istehsalında maraqlıdır.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov daha sonra Bakıda İran kino günlərinin başlanmasına işarə edərək, bunu İran kinosu tərəfdarları üçün bir bayram adlandırıb.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri fevral ayının 23-ündən 27-nə kimi İran kino günlərinin şahididir.