Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr növbəti dəfə Sionist rejimini və Amerikanı sevindirən, fələstinliləri isə narahat edən çıxışını edib.
Arannews-İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Xİ naziri son çıxışlarının birində HƏMAS-ə radikallar adlandırıb və Qətəri onları və “İxanul-Muslimin”i dəstəkləməkdə ittiham edib.Adil əl-Cubeyr bundan öncə HƏMAS-ı terrorçu adlandırmışdı.
HƏMAS Səudiyyə Ərəbistanın Xİ rəhbərinin bu çıxışını pisləyib və müqavimət hərəkatını radikal adlandırmağı fələstinlilərin Sionist rejimi qarşısındakı müqavimətini qeyri-qanuni bilmək olduğunu bəyan edib.
HƏMAS bildirib ki, bu addım Sionist rejimini cinayətini davam etdirmək üçün bir təşviqedici addımdır.