İraq Hizbullah Təşkilatı, Vaşinqtonun Amerika qüvvələrinin İraqda qalmağa davam etməsini təmin edərək ölkə üzərində hakimiyyət qurmaq səylərinə qarşı olduqlarını açıqlayı.
Arannews-FaktXəbər-in "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, İraq Hizbullah qüvvələri sözçüsü Cəfər əl-Hüseyni verdiyi açıqlama zamanı bildirib ki, biz heç vaxt ölkəmizi bir daha işğal etməyə çalışan Amerikaya təslim olmayacağıq və bu ölkənin, ölkəmiz ərazisində əsgər saxlamağı davam etdirərək İraq üzərində hakimiyyət qurmaq səylərinin əleyhinəyik. Amerika qüvvələri, İŞİD il müharibə bəhanəsi ilə İraqda qalmağa çalışır. Biz, İŞİD qarşısında mərdliklə mövqe tutanları və Amerikanın hakimiyyət qurmaq və işğal planına qarşı çıxanları dəstəkləyirik. İŞİD ilə mübarizə illəri Amerikanın İraqı və bölgəni yenidən işğal etmək planını aşkara çıxardı. Biz hər zaman hazırıq və vətənimizi Amerikanın planlarına qarşı qoruyacağıq.