12-ci Fəcr Şer Festivalının yekun mərasimində türk şer və ədəbiyyatı üzrə seçilmiş ədəbiyyatçılar təqdir olunub.
AranNews-in “Təsnim”-ə əsasən verdiyi xəbərə görə, 12-ci Fəcr Şer Beynəlxalq Festivalının yekun mərasimində türk şer və ədəbiyyatı üzrə seçilmiş ədəbiyyatçılar təqdir olunub.
Mərasimdə Mirzə Həsən Kərimi Mərağeyi, Mahmud Dəstpiş, Əsğər Fərdi, Vəliyullah Kəlami Zəncani, Hüseyn Münzəvi, Heydər Abbasi, Yədullah Əmininin şer və ədəbiyyat sahəsində göstərdiyi səyləri dəyərləndirilib.
Mərasimin davamında Türkiyə, Azərbaycan, Bosniya, Əfqanıstan, Pakistan və Tacikistan şairləri də 12-ci Fəcr Şer Festivalının seçilmişləri kimi təqdir olunub.
Təbriz-2018 turizm mövzusu münasibətilə bu beynəlxalq festivalın yekun mərasimi Təbrizin evsahibliyi ilə keçirilib.