Tarix : 2018 Feb 27
Kod 54512

HƏMAS Fələstin xalqını intifadaya çağırdı

Fələstində fəaliyyət göstərən HƏMAS təşkilatı intifada çağırışı edib
Arannews-Bu barədə təşkilatın mətbuat xidmətinin nümayəndəsi Fevzi Burhum açıqlamasında bildirib. Burhum İsrail hökumətinin Qüdsdə yerləşən kilsələrə və mülklərə tətbiq etdiyi əmlak vergisinin Fələstin xalqına qarşı atılmış addım adlandırıb. O, bildirib ki, sionist rejimin bu addımı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının nəticəsidir. 
Təşkilat sözcüsü İsrailin işğalçı siyasətinə qarşı əməli səviyyədə addımlar atılmasının vacibliyini vurğulayıb. O, müsəlmanların bu siyasəti boşa çıxarmaq üçün ayağa qalxmalı olduğunu qeyd edib.
İsraildə nəşr olunan "Haaretz" qəzetinin xəbərinə görə, Qüds bələdiyyəsi iki həftə əvvəl şəhərdəki kilsələrdən və mülklərdən 650 milyon şekel məbləğində əmlak vergisi toplamaqla bağlı qərar qəbul edib. Qüds şəhərində yaşayan xristianlar bələdiyyənin bu addımını hiddətlə qarşılayıb. Şəhərdə fəaliyyət göstərən Qiyamət kilsəsi qərara etiraz məqsədi ilə ibadətə bağlanıb. 
Rakurs TV

  • Yazılıb
  • da (də) 2018 Feb 27
  • Göndərən مدير سايت Aran News