Tarix : 2018 Feb 27
Kod 54513

`Həmas` kilsələrə vergi qoyulmasına etiraz etdi

-- Kilsələr vergi tətbiq olunması Fələstin xalqına, müsəlmanlar və xristianların müqəddəs saydığı məkanlara qarşı dini savaşın növbəti mərhələsidir
Arannews-Maide.Az NTV-yə istinadən xəbər verir ki, bu qərarın ABŞ siyasətinin təzahürü olduğu qeyd edilib:
 "Bu addım ABŞ prezidenti Donald Trampın Fələstinə əleyhinə qərarlarının təhükəli davamıdır. Kilsələr vergi tətbiq olunması Fələstin xalqına, müsəlmanlar və xristianların müqəddəs saydığı məkanlara qarşı dini savaşın növbəti mərhələsidir. Bütün bu çirkin planlara qarşı İslam ümməti ayağa qalxmalıdır", - deyə "Həmas"ın açıqlamasında qeyd edilib.
 Qeyd edək ki, vergi Qüdsdəki 882 kilsəyə tətbiq edilib. Vergini ödəməyən kilsələrin bağlanılacağı və mülklərin müsadirə ediləcəyi bildirilib.
 Bu qərara etiraz olaraq Qiyamət kilsəsi fəaliyyətini dayandırıb.

  • Yazılıb
  • da (də) 2018 Feb 27
  • Göndərən مدير سايت Aran News