Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində itkin düşmüş iranlı dənizçinin axtarışı üçün bir vertolyot və iki gəminin işə götürülməsindən xəbər verib.
Arannews-Dünən gecə İran İslam Respublikasının Limanlar və Gəmiçilik İdarəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin böhranın idarə olunması mərkəzinə müraciət edib, "TARADİ" gəmisinin bir iranlı dənizçisinin Xəzər dənizinin Azərbaycan Respublikası hissəsindəki sularda itkin düşdüyünü bildirərək, həmin mərkəzdən bu dənizçinin tapılması üçün köməklik etməsi və axtarış aparmasını istəyibdir.APA xəbər agentliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadla bildiribdir ki, həmin xahiş əlaqədar təşkilatlara elan olunub və fevralın 26-sı səhər tezdən bu nazirliyin nəqliyyat vertolyotları və Azərbaycan Respublikasının sərhəd qoşunlarının sahil mühafizə qüvvələrinin iki gəmisi bu iranlı dənizçinin axtarışına cəlb olunublar.