İlahiyyatçı: "Peyğəmbər dünyadan gedəndən sonra Ömər ibn Xəttab Əlinin (ə) evinə gəlib onu Əbu Bəkrə beyət etməyə çağırdı" - Müsahibə
Arannews-Hədəf14.az xəbər verir ki, artıq neçə gündür ki, “Əyyami-Fatimiyyə”ni geridə qoyduq. 20 gün çərçivəsində müsəlmanların çoxu bu günlərdə çalışdığı qədər şadlanıb, sevinməkdən uzaq olmağa çalışdılar. Bəs görəsən ilahiyyatçılar “Əyyami-Fatimiyyə” haqqında nə düşünür?
Bununla bağlı mövzu ilə bağlı sonuncu müsahibəmizi sizə təqdim edirik. Müsahib isə ilahiyyatçı hacı Mirnağıdır.
Hacı bu günlər müsəlmanların mənəviyyatına nə kimi təsir etdi?
“Allah (c.c) Qurani Kərimdə buyurur: “Mən insanları , cinləri, bütün məxluqatı Mənə ibadət etsinlər deyə yaratdım”. Allahı tanımaq birinci mərhələdə bizə vacibdir. Allahdan sonra onun göndərdiyi Peyğəmbəri tanımaq lazımdır. Peyğəmbərdən (a.s) sonra imamları tanımaq lazımdır. Bu bizim borcumuzdur. Bunlar olmazsa, biz bəndə deyilik. Allahı tanıyın və ona ibadət edin. Allahı tanımağın yolları var. Allahı kimlərin vasitəsilə tanımaq olar ? Bilməlisən ki, Allah kimdir və nə deyib, nə buyurub? Peyğəmbər göndərməsə idi biz Allahı tanıya bilməzdik. Allah buyurur:” Mənə və göndərdiyim Peyğəmbərə ibadət edin.” Peyğəmbərin özünü də, Əhli-Beytini də tanımaq lazımdır . Allah Peyğəmbərə buyurub:” Ya Peyğəmbər , sən və sənin Əhli – Beytini paklaşdırdım.” Bu paklar bizə yol göstərir. Peyğəmbər dünyaya gələndən onu öldürməyə cəhd edən insanlar olub. Məkkeyi-Münəvvəriyəyə. Allah Peyğəmbərə buyurdu: “Ya Peyğəmbər , sən buradan köç etməlisən Mədineyi-Münəvvəriyəyə və yerinə Hz. Əlini yerinə qoymalısan. Hz. Əli buyurdu: “ Ya Peyğəmbər canım sənə fəda. Sənin yerində yatmağa hazıram. “Hz. Əli Peyğəmbərin yerində yatdı. Düşmənlər gəldi Peyğəmbəri öldürməyə ancaq yerində tapmadılar.
Peyğəmbərin köç etdiyi Mədineyi-Münəvvərədə məscid tikildi. Peyğəmbər dünyadan gedəndən sonra Ömər ibn Xəttab Əli (ə) evinə gəlib onu Əbu Bəkrə beyət etməyə çağırdı. Qapıya od vurdular. Xanım Zəhra qabağa keçdi Hz. Əlini müdafiə etdi . Xanımı vurdular balası tələf oldu və qabırğaları, biləyi sındı. Xanım yıxıldı bu an balaları başına yığıldı. Ömər Hz Əlinin qolunu bağlayıb məscidə apardı. Xanım durdu ayağa gəldi məscidə . Gördü ki, Əli (ə) başı üstündə Ömər dayanıb və Əbu Bəkrə beyət etməsini istəyir. Ömər Əli (ə) demişdi beyət et etməsən səni öldürəcəm. Hz. Əli beyət etmədi. Hz. Əlinin əlini çəkib Əbu Bəkrin əlinə birləşdirdilər. Bu beyət batil idi necə ki, oruc olan birinə yemək təklif edərlər yesə orucu batil olar. Kəffarə gələr boynuna, ancaq məcbur yeməyi ağzına qoysalar yemək mədəsinə getsə belə orucu batil olmaz , boynuna kəffarə gəlməz.
“Xanım Zəhra yuxarıda adışəkilən şəxslər tərəfindən öldürüldü və şəhadətə çatdı. Belə olan halda Hz. Əli Xanım Zəhraya müraciət etdi: “Ya Zəhra, məndən atan Peyğəmbərə şikayət etmə. Demə ki, Əlinin evində ac qaldım. Demə ki, Əlinin evində qabırğalarım sındı, biləyim sındı. Möhsün adlı övladım tələf oldu. Məndən şikayət etmə Peyğəmbərə .
”. "Ya Əli, fəda olum sənə . Atam deyərdi əgər bir xanımdan əri narazı olarsa, onu mən danışdırmaram. Ona görə mən səndən xahiş edirəm məni bağışla. Ola bilər mən xəta eləmişəm, əmrinə itaət etməmişəm, səni incitmişəm. Bağışla, məni. Xanın Zəhra Hz. Əlidən halallıq aldı.
Müsahibim söhbətin bu yerində mərsiyyə deyir.
Xanım Allah yanında uca məqama sahib bir şəxsdir. Əgər, Əli(ə) olması idi Xanım Zəhraya uyğun, əgər Xanım Zəhra olmasa idi Hz. Əliyə uyğun şəxs tapılmazdı. Ürəyimiz dolduru bu xanım üçün nə etsək azdır. Allah bizi Əhlibeytdən ayrı salmasın. Bizi qiyamət günü onun şəhadətindən binəsib etməsin. İlahi Amin!”.