Demokratik ölkələrdə insanların ideyalarının və görüşlərinin müxtəlif olması təbiidir
Azerbaijan Servisi/Aran Agentliyi
«Cənubi Qafqazdakı vəziyyət bizi narahat edir». Bu sözləri AŞPA-nın yay sessiyasında çıxış edən qurumun sədri Luis Mariya de Puç deyib. O bildirib ki, onlar xüsusi ilə Ermənistanda seçkidən sonrakı vəziyyət və Azərbaycanda prezident seçkisinə hazırlıq mərhələsi maraqlandırır. Sədr bu ilin iyul ayında Azərbaycana və Ermənistana səfər etməyi plnlaşdırdığını da deyib. O həmçinin Gürcüstana da səfər etməyi düşünür.
Luis Mariya Türkiyədə demokratik institutlarında fəaliyyətinə toxunub. «Demokratik ölkələrdə insanların ideyalarının və görüşlərinin müxtəlif olması təbiidir. Əsas odur ki, mübahisələr Avropa Şurasının dəyərləri ilə demokratik yolla həll edilsin. Mən ümid edirəm ki, türk institutları bu sahədə öhdəliklərini yerinə yetirəcəklər