Tarix : 2018 Mar 01
Kod 54535

Dini fəal BMCMİ-də saxlanılır

Fevralın 26-dan yoxa çıxan "Müsəlman Birliyi" Hərəkatının fəalı Rəvan İsmayılov tapılıb.
Arannews: Turan-a istinadən xəbər verir ki,bu gün evə zəng edərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu bildirib.
R. İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət ediləcək. DİN-dən şərh almaq mümkün olmayıb. R.İsmayılov son vaxtlar Rusiyada yaşayıb.
O, fevralın 26-də saat 12:00-da Bakıya gəlib və ancaq sonra ondan xəbər çıxmayıb.
Bundan öncə, 2017-ci il oktyabrın 4-də R.İsmaylıov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilmişdi.

  • Yazılıb
  • da (də) 2018 Mar 01
  • Göndərən مدير سايت Aran News