Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, Türkiyənin "Vətən" Partiyasının sədri Doğu Perinçek Suriya prezidenti Bəşər Əsəd ilə bağlı açıqlama verib.
O, açıqlamasında bildirib ki, Bəşər Əsəd Suriyanın legitim prezidentidir. “Mən şəxsən Bəşər Əsədi Ankaraya səfər etməsi üçün dəvət edəcəyəm”, - deyə Doğu Perinçek diqqətə çatdırıb.
Seçkiləri qazanacaqlarını iddia edən Doğu Perinçek Bəşər Əsədi bundan sonra ölkəyə çağıraraq, Türkiyə adına barışacaqlarını sözlərinə əlavə edib