Tarix : 2018 Mar 01
Kod 54541

Xocalı faciəsinin ildönümü münasibətilə “İslam barış mahnısı” konfransı öz işinə başladı

Qeyri-rəsmi statistikaya görə, Xocalı faciəsində 1000 nəfər, rəsmi məlumatlara əsasən isə 613 nəfər faciəli şəkildə şəhid edilmişdir. Biz bu faciəni dünyaya çatdırmalıyıq.
AranNews – Xocalı faciəsinin növbəti ildönümü münasibətilə Xocalı soyqırımına həsr edilmiş “İslam, barış mahnısı” beynəlxalq konfrans İran, Azərbaycan, Türkiyə və Rusiya nümayəndələrinin iştirakı ilə Mühəqqiq Ərdəbili Universitetində öz işinə başlayıb.Konfransın açılışında Mühəqqiq Ərdəbili Universitetnin rektoru doktor Sadiqi qonaqları salamladıqdan sonra İranın Qarabağ münaqişəsində Azərbaycan Respublikası xalqını din qardaşı olduğu üçün deyil, bu xalqın haqq olduğuna və zülmə məruz qaldığına görə dəstəklədiyini bildirib.Universitet rəhbəri əlavə edib: “Qeyri-rəsmi statistikaya görə 1000 nəfər, rəsmi məlumatlara görəisə 613 nəfər Xocalı faciəsində ən faciəli şəkildə şəhid edilib. Biz bu faciəni bütün dünyaya çatdırmalıyıq
  • Yazılıb
  • da (də) 2018 Mar 01
  • Göndərən مدير سايت Aran News