11 aprel növbədənkənar prezident seçkisinə etiraz üçün Milli Şuranın elan etdiyi ümumxalq mitinqinin vaxtı bəlli olub.
Arannews-Mitinq martın 10-u, saat 15:00, Məhsul stadionuna təyin edilib. Mitinqə razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə artıq müraciət olunub. Mitinqlə bağlı AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsindən canlı yayımla çağırış edib.