İran İslam Respublikası və Azərbaycan Respublikası arasında birgə şəkildə quraşdırılmaqda olan avtomobil zavodunun tikinti işləri artıq başa çatıb və hazırda lazımi təchizatların quraşdırılması əməliyyatı həyata keçirilir.
Arannews-İRİB-nin verdiyi məlumata görə, zavodun tikinti quraşdırma işlərinə ötən ilin yaından başlanılıb. Bu layihənin icrası İranın "İran Xodro" və Azərbaycanın "Azərmaş" şirkətləri tərəfindən birgə qaydada həyata keçirilir. Bu avtomobil zavodu Neftçalada yerləşən sənaye kompleksində, 10 hektarlıq bir ərazidə quraşdırılmaqdadır. Hazırda iranlı mütəxəssislər istehsal xəttinin işlək vəziyyətə gətirilməsi üçün lazımi təchizatların quraşdırılması ilə məşğuldurlar.