Netanyahu istər özünün rüşvətxorluqla bağlı istintaq işləri, istərsə hökümətinin saxlanmasıyla bağlı ən böhranlı vəziyyətini yaşayır
Arannews-İslamazeri.com xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu istər özünün rüşvətxorluqla bağlı istintaq işləri, istərsə hökümətinin saxlanmasıyla bağlı ən böhranlı vəziyyətini yaşayır. Belə ki, dünən Netanyahu 2019-cu ilin büdcəsilə bağlı Knessetdə səsverməkdən imtina edən dini yönlü deputat və hahamlarla görüşüb.Görüşə Netanyahu ilə birlikdə, səhiyyə nazirinin müavini Yaakov Listman, deputat Moşe Qafni, ŞAS partiyasının rəsmisi və daxili işlər naziri Arye Deri və başqaları qatılıblar. Məlumata görə, görüşün nəticəsi Netanyahunun xeyrinə olmayıb. Hahamlardan biri "walla" portalına böhranın nəinki həll olunduğunu, hətta daha da dərinləşdiyini bildirib.
Hahamlar nə istəyir?
Ultraortodoks yəhudilər orduda ümumilikdə Tövratın tədris edilməsini, həmçinin din xadimi və köməkçilərinin orduya çağırılmamasını tələb edirlər. Onların tələbini "Yəhudiliyin Tövratı" adlı ultra-ortodoks yəhudilərin bütün partiyalarının birliyi dilə gətirib. Bu birliyin nümayəndəsi olan səhiyyə nazirinin müavini Yaakov Listman tələblərinin qəbul edilməyəcəyi təqdirdə, 2019-cu ilin büdcəsilə bağlı qərara səs verməyəcəklərini bildirib. İsrail mediası bunun baş verəcəyi təqdirdə, Netanyahu hökümətinin dağılacağını yazırlar.