Suriya ordusunun əsgəri olan Əhməd əş-Şamali terrorçuları gülünc vəziyyətə salıb. Belə ki, 10 il əməliyyat çərçivəsində kimliyini gizlədən suriyalı hərbçi terroçuların arasına "Ceyşul İzzə" adı ilə daxil olmağı bacarıb.
Arannews-FaktXəbər-in "almasdarnews"a istinadən verdiyi məlumata görə, "Ceyş ən-Nəsr" terror təşkilatının əsas komandirlərindən olan suriyalı əsgər ordunun İdlib əməliyyatlarını dayandırmasından sonra terrorçuların sıralarını tərk edib.
Suriya ordusuna terrorçularla bağlı vacib koordinatlar və məxfi planlar barədə məlumat verən Əhməd əş-Şamalinin bununla ordunun böyük üstünlük əldə etməsində böyük pay sahibi olub.