İranın əzmkar və milli iradəsi olan millətinin qanuni hüququnun qarşısında çomaq siyasətini seçmək, onun müasir texnologiya zəminində inkişafı uğurundakı fəaliyyətinə təsir etməyəcəkdir
Iran Servisi/Aran Agentliyi
İİR XİN-nin sözçüsü AB-nin Tehrana qarşı maliyyə məhdudiyyəti qoyulması barəsindəki dar düşüncəli nəzərlərinə reaksiyada, bu birliyə tövsiyə etdi ki, İran millətinin hüququna ehtiram etsin.
Məhəmmədəli Hüseyni İİR XİN-nin sözçüsü deyib: Qeyri-qanuni hadisələr, AB-nin ikibaşlı və qalmaqallı İrana qarşı maliyyə qətnaməsinin icrası elə bir şəraitdədir ki, təklif paketinin araşdırılması məsələsi ortaya çıxarıldığı halda mənasız və çox kəskin şəkildə pislənilir.
Hüseyni İran əzmkar millətinin hüququna qarşı qərəzli və siyasi hadisələrə işarə edərək, artırıb: İranın əzmkar və milli iradəsi olan millətinin qanuni hüququnun qarşısında çomaq siyasətini seçmək, onun müasir texnologiya zəminində inkişafı uğurundakı fəaliyyətinə təsir etməyəcəkdir.
Hüseyni belə əks hadisələrin təsirini qiymətləndirərək, artırıb: Belə rəftarlar İran dövləti və millətinin əzmini öz haqqını sabit etmək üçün gücləndirmiş və Avropalıların mənafeyinə bağlı olan fürsətlərini məhv etmiş və məsələlərin diplomatik həlli üçün münasib şəraitin yaradılmasına kömək etmişdir.
İİR XİN-nin sözçüsü AB-nə tövsiyə etdi ki, özünü nümayiş etdirmə hərəkətlərdən əl çəkmək şərti ilə ağıllı həll yolu seçmək və İran millətinin düzgün hüququna ehtiram etməklə, NPT nüvə silahlarının yayılmamasına görə səmərəli müqavilənin tətbiqi və ikitərəfli təklif paketinin əsasları olan anlaşılan yollara qayıtmağa diqqət yetirsin