Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.
Arannews-İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bildirib: İlkin məlumatlara görə, bu hadisədə 25 nəfər həlak olub, yaralanan dörd nəfər isə xəstəxanaya köçürülüb.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bildirib: Ötən gün baş verən yanğının güclü olmasına görə, 10-dan çox yanğınsöndürmə maşını və xilasetmə qruplarından istifadə olunub. Saatlarla əməliyyatdan sonra nəhayət yanğın söndürülüb.