Tarix : 2018 Mar 03
Kod 54556

Məscidləri uçuran və bağlatdıran Azərbaycan hökuməti ABŞ-da yəhudi sinaqoqunu bərpa edir – Foto

Amerikanın Hyuston şəhərindəki Azərbaycan icması, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresinin nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi – Bet Yeşurun sinaqoquna baş çəkib, ötən il Harvi qasırğası nəticəsində zərər görmüş sinaqoqda aparılan bərpa işləri ilə tanış olublar.
Arannews:Truth.ngo-Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudi Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.Maddi yardıma görə təşəkkürünü bildirən ravvin David Rozen anti-semitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.

Bu fikirlərlə həmrəy olduğunu qeyd edən ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olması, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək olduğunu qeyd edib.İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.Daha sonra Azərbaycan və yəhudi icmasının nümayəndələri maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdən əldə edilən şəkilləri təqdim edirik:

 

    

 


  • Yazılıb
  • da (də) 2018 Mar 03
  • Göndərən مدير سايت Aran News