Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu gün Tehranın cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.Hicab məsələsi...
O çıxışı zamanı bəzi məsələlərə toxunub. Xütbəsinin bir yerində ötən İranda qadınların başlarını açaraq aksiya keçirmə məsələsi və bəzi deputatların (İslahatçı partiyanın təmsilçisi Süheyla Celodarzadə) , hicabla bağlı etirazçıları deyil, qanunları tənqid etmələrinə belə cavab verib: "Qanunları tapdalayaraq niyə hicab məcburiyyəti var deyirlər. Bunların gücü çatsa bunu belə qəbul edən deyillər. Bu qanun Allahın qanunudur və bütün mərcəiyyət də, hicabın dini vaciblərindən biri olduğunu bildirirlər."
Qeyd edək ki, son günlər avtomobillərdə hicabın vacib olmasıyla bağlı müzakirələr İran gündəmindədir;
bəziləri avtomobildə hicab örtməyin vacib olmadığını bildirsədə, mərcəiyyət və qanunlar
avtomobilin ictimai yer olduğuna görə, hicab çıxarmasını qanuna əməl etməmək hesab edirlər.
Səudiyyənin Yəmən cinayətləri...
İmam cümə Səudiyə Ərəbistanının Yəməndəki cinayətlərinə toxunaraq bu ölkəni günahsız insanların qətlgahı adlandıraraq "Ali-Səud rejimi xəstəlik, aclıq və yoxsulluğun olduğu ölkədə məzlum vətəndaşları hədələyir və qətl və cinayətlərini davam etdirir.", -deyə bildirib.
Ali Xəlifənin "böyük həbsxanası"...
Ayətullah Xatəmi Bəhreyni dünyanın ən böyük siyasi həbsxanası adlandıraraq deyib: "Bəhreyn ölkənin təkallahlı insanları üçün böyük zindana çevrilib və hər gün bəhreynli gənclər edama, ömürlük və uzunmüddətli həbslərə məhkum olunurlar."
"Tezliklə bəhreynli məzlumların qanı Ali-Xəlifə rejiminin məhvi iləi öz bəhrəsini verəcək və Bəhreyn xalqı azadlığa qovuşacaq.", -deyə İmam cümə əlavə edib.
Müzakirə edilmir...
Ayətullah Əhməd Xatəmi İran İslam Respublikası rəsmilərinin ölkənin müdafiə qüdrəti haqdakı təkidlərini alqışlayaraq deyib: "İran bu sahədə heç bir ölkədən icazə almır və önləyici qüdrəti artırmağa çalışacaqdır."
Süleymani...
Ayətullah Xatəmi SEPAH-ın "Qüds" briqadasının komandiri, general Qasim Süleymaninin keçirdiyi tədbirə toxunaraq "General Qasim Süleymaninin keçirdiyi tədbir zamanı bir çox ölkə rəsmisi bu mərasimlə bağlı mesaj verdilər. Amma həqiqət budur ki, Hacı Qasim (Süleymani) təqdir edilməsi cihad, şəhadət, vilayət və hər zaman ayaq üstə durma anlamını verir. Qasim Süleymani 2017-ci ilin ən rəsirli şəxsiyyətlərindən sayılır və ölkə içində ən çox sevilən şəxslərdən biridir.", -deyə bildirib.